Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Rövşən Nəcəf Türkmənistanda beynəlxalq sərgidə iştirak edir

Rövşən Nəcəf Türkmənistanda beynəlxalq sərgidə iştirak edir

Bu gün Türkmənistanın paytaxtı Aşqabad şəhərində "Türkmənistanın nefti və qazı - 2023" adlı 28-ci beynəlxalq konfrans və sərgi öz işinə başlayıb.

Day.Az xəbər verir ki, 27 oktyabra qədər davam edəcək Beynəlxalq Konfransda dünyanın 40 ölkəsindən 400-dən çox nümayəndə heyəti iştirak edir.

70-dən çox beynəlxalq enerji şirkətlərinin stendlərinin nümayiş edildiyi konfransda AR Türkmənistandakı səfiri Q.Gözəlov və Səfirliyin əməkdaşları da iştirak edib.

Səfir Q.Gözəlov nümayiş etdirilən stendlərə baxış keçirib, şirkət rehbərləri ilə energetika sahəsindəki imkanlar və mövcud əlaqələrin inkişafı istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıb.

Qeyd edilib ki, beynəlxalq konfransda Azərbaycanı AR Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövşən Nəcəfin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Sərgi zamanı SOCAR-ın "yeni üfüqlər" adlı stendi böyük rəğbətlə qarşılanıb.