Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Dəblə bağlı izləməli olduğunuz sənədli filmlər - SİYAHI

Ən yaxşı moda sənədli filmləri zövq vermək və karyera arzularınızı ruhlandırmaq gücünə malikdir. 

Milli.Az sfera.az-a istinadən ən yaxşı dəb sənədli filmlərini təqdim edir:

1.  7 Days Out (2018)

"Netflix"in "7 Days Out" filmi markanın "SS18 couture" kolleksiyasına gedən həftəyə fokuslanıb. Filmdə Karlın "Grand Palais"də məşqləri, aktyor heyəti və səhnə arxasında çalışmasını izləyirik. 

2.  Catwalk (1995)

"Catwalk" 1994-cü ilin yaz/yay şoularında supermodel Kristi Turlinqtonu mövzu alır. O, Milanda "Versace"nin səhnə arxasından Parisdəki "Chanel" üçün kastinqlərə qatılır.Turlinqton bu səyahətdə tək deyil, Catwalk, "Helena Christensen" və "Kate Moss" kimi məşhurların karyeralarının ilk illərinə, həmçinin John Galliano ve Gianni Versace kimi sənaye nəhənglərinin iş yerindəki baxışlarını təqdim edir.

3.  Westwood: Punk. Icon. Activist. (2018)

Mərhum "Vivienne Westwood" onilliklər ərzində Britaniya modasının ən dominant qüvvələrindən biri idi, lakin dizaynerin filmdəki hekayəsinə hərtərəfli nəzər salmaq üçün 2018-ci ilə qədər vaxt lazım idi. "Westwood : Punk. İcon. Activist" isə Vestvudun karyerasına nəzər salır, bu, həm də onun son illərində qabaqcıl olduğunu göstərir və onu başlanğıcda əfsanəyə çevirən anarxik həvəslə öz brendini irəli aparır.

4.  McQueen (2018)

"Lee McQueen"in diqqətəlayiq karyerasını əhatə edən bu film əfsanəvi dizaynerin zehninin zəngin bir qazıntısıdır. Sərhədləri qıran moda nümayişlərinə diqqət çəkən sənədli film bu şərqi Londonlu gəncin Parisin göz bəbəyinə çevrilməsini izləyicilərə çatdırır.

5.  The Boy Who Made Shoes For Lizards (2017)

Film modanın ən məşhur çəkməçilərindən biri olan "Manolo Blahnik"in biznesinin çiçəklənməsini mövzu alır. "Rihanna", "Naomi Campbell", "John Galliano", "Karlie Kloss" kimi məşhurların təriflədiyi bu filmi mütləq hər kəs izləməlidir.

6.  Dries (2017)

Film belçikalı dizayner "Dries Van Noten"in yaradıcılığı və həyatından bəhs edir.

7.  Dior And I (2014)

"Couture" dünyasına nəzər salmaq üçün "Raf Simons"un evdə debüt kolleksiyasını yaratmasından bəhs edən "Dior and I" filminə baxın. Film dizaynerin 8 həftə ərzində yeni kolleksiya yaratmalı olduğu və bu möhtəşəm əsərin ortaya çıxmasından bəhs edir.

8.  Valentino: The Last Emperor (2008)

Dünyanın ən məşhur dizaynerlərindən biri olan "Valentino Garavani" 1959-cu ildə moda evini qurduqdan təxminən 50 il sonra 2007-ci ildə təqaüdə çıxdığını elan etdi. Film "Valentino"nun peşəkar kariyerası və şəxsi həyatı, uzunmüddətli tərəfdaşı "Giancarlo Giammetti" ilə arasındakı münasibətə daha yaxından nəzər salır.

9.  Alexa Chung: The Future Of Fashion (2015)

Mükafat almış film dizayner, model, yazıçı "Alexa Chung"ın həyatını mövzu alır. 

10.  Jeremy Scott: The People's Designer (2015)

Film xalqın dizayneri "Jeremy Scott"un kiçik Missuri şəhərindən çıxıb "Moschino"nun yaradıcı direktoruna çevrilməsi ilə Zoluşka hekayəsinə bənzəyən həyatından bəhs edir.

11.  Lagerfeld Confidential (2007)

Filmdə alman dizayner "Karl Lagerfeld"in bir gününün necə keçdiyi izləyicilərə çatdırılır.

12.  Bill Cunningham: New York (2010)

Filmdə amerikalı fotoqraf, "New York Times" qəzetinin uzun müddət əməkdaşı olmuş "Bill Cunningham"dan bəhs edilir. Onun velosipedi ilə küçələrdə dolaşaraq rəngarəng şəkillər çəkərək tanınmasından bəhs edir. Hamının sevimlisi, "Anna Wintour"un filmdə izah etdiyi kimi, "Biz hamımız Bill üçün geyinirik".

13.  Diana Vreeland: The Eye Has to Travel (2011)

Film "Diana Vreeland"ın  "Vogue"un baş redaktoruna, eyni zamanda ən əfsanəvi moda redaktorlarından birinə necə çevrildiyini izah edir.

Bunlardan başqa, siyahıya aşağıdakı filmləri də qeyd edə bilərik:

The Director: An Evolution in Three Acts (2013), The September Issue (2009), In Vogue: The Editor's Eye (2015), Mademoiselle C (2013), Inside Dior (2016), The True Cost (2015), Martin Margiela: In His Own Words (2020), Calendar Girl (2020), House of Cardin (2019, Wonder Boy (2019), Chiara Ferragni: Unposted (2019), L'Amour Fou (2010), Halston (2019), Helmut Newton: The Bad And The Beautiful (2020)

Milli.Az