Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Noyabrda şans üzünə güləcək

Noyabrda şans üzünə güləcək

Astrologiyada bəzi bürclər müəyyən zaman aralığında istədikləri hər şeyi əldə edə bilirlər. Noyabr ayına sayılı günlər qalıb. Bəzi bürclərin bu ayda sevgi və pul məsələlərində şansları parlayacaq.

  Day.Az azxəbər.com-a istinadən noyabrda üzlərinə şans güləcək bürcləri təqdim edir:

TƏRƏZİ
Noyabr ayında Tərəziləri yaxşı fürsətlər gözləyir. Xüsusilə iş həyatında arzuladıqları mövqeyə çatma şansı qazanacaq Tərəzilər eşq həyatlarının rəngsiz olması halında çox xoşbəxt bir dövrə salam deyəcək. Evli olanların həyat yoldaşları ilə səyahət etmək şansı ola bilər. Subay Tərəzilər yeni insanla tanış olmaq şansı əldə edəcəklər. Maddi baxımdan gözlənilən pul varsa, o sizə gələcək.

  OXATAN 


Noyabrın başqa bir şanslı bürcü Oxatan olacaq. Uzun müddətdir gözlədiyiniz pul varsa, o pulu alacaq. Oxatan bürcü iş həyatında yeni vəzifəyə yüksələ bilər. Səyahət etməyi planlaşdıran Oxatanlar noyabr ayında çox arzulanan həmin səfərə çıxa biləcəklər.

  OĞLAQ 


Ailə həyatında və münasibətlərdə problem yaşayan Oğlaqlar noyabr ayında istədikləri nəticəni əldə edəcəklər. Eşq həyatında xoşbəxt bir dövr keçirən Oğlaqlar noyabr ayında partnyorları ilə istədikləri kimi vaxt keçirmə şansı əldə edəcəklər. Maddi cəhətdən istədiyi hər şeyi əldə edə biləcək Oğlaq bürcü güclü bir dövr yaşayacaq.