Azerbaijan
This article was added by the user . TheWorldNews is not responsible for the content of the platform.

Netanyahu quru əməliyyatından qorxur – Səbəb

İsrail Baş naziri Benyamin Netanyahu ordunun planlarına şübhə ilə yanaşdığı üçün Qəzza zolağında quru əməliyyatının başlanmasını təxirə salmaq istəyir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Axios" nəşri mənbələrinə istinadla məlumat yayıb.

"O, İsrailin hərbi planlarına bir qədər şübhə ilə yanaşır və daha çox vaxt istəyir", - məlumatda qeyd olunub.

Mənbələr bildirib ki, ABŞ Prezidenti Co Bayden sözügedən əməliyyatı təxirə salmaq istəyən Netanyahuya vaxt qazanmaq istəyir:

"O qorxur ki, Qəzzaya sürətli, impulsiv hücum İsraili HƏMAS-ı məhv etmədən on minlərlə insanın ölümünə səbəb ola biləcək uzunmüddətli, qanlı küçə döyüşünə aparar".

Nəşr bildirib ki, Vaşinqtonda hətta Hizbullah və digər qruplaşmaların da münaqişəyə girməsini istəmirlər. Çünki amerikalı hərbçilər regionda təhlükə altında qala bilərlər.

Milli.Az